Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycanda silah zavoduna yeni direktor təyinatı baş tutub.
Modern.az Yurd.Media-ya istinadən xəbər verir ki, Hikmət İsgəndərov “Azərsilah” Holdinq QSC-də zavod direktoru vəzifəsinə təyin olunub.
O, bu təyinatadək 2024-cü ilin noyabrından 2026-cı ilin sentyabrınadək SOCAR Midstream Gas Operations şirkətində layihələrin mühəndisliyi qrupunun rəhbəri vəzifəsini tutub. Bundan əvvəl, 2022-ci ilin noyabrından 2024-cü ilin noyabrınadək həmin şirkətdə baş proses və proses təhlükəsizliyi mühəndisi kimi fəaliyyət göstərib.
Hikmət İsgəndərov 2022-ci ilin sentyabrında qısa müddət SOCAR-KBR şirkətində proses mühəndisliyi üzrə baş texniki mütəxəssis vəzifəsində çalışıb.
Onun BP-də də uzunmüddətli iş təcrübəsi var. Belə ki, 2018-ci ilin avqustundan 2020-ci ilin oktyabrınadək BP-də aparıcı proses mühəndisi, 2015-ci ilin mayından 2018-ci ilin avqustunadək proses mühəndisi, 2012-ci ilin avqustundan 2015-ci ilin mayınadək isə kiçik proses mühəndisi vəzifələrində işləyib.
H.İsgəndərov əmək fəaliyyətinə 2008-2010-cu illərdə BOTAŞ, BP və Sumqayıt Etilen-Polietilen Zavodunda təcrübəçi mühəndis kimi başlayıb.