Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi KONKRET

19.07.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью