Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda fəaliyyət göstərən “Sinsay” mağazalarının sayı 25-ə çatıb.
Marja.az xəbər verir ki, bu barədə “LPP Azerbaijan” məlumat yayıb.
Şirkətin məlumatına görə, “Sinsay”ın 25-ci mağazası “Blue Mall” ticarət mərkəzində yerləşir.
“Bu gün artıq 25 Sinsay mağazası ilə xidmətinizdəyik. Hər yeni mağaza bizim üçün sadəcə yeni bir ünvan deyil, eyni zamanda daha çox müştəriyə çatmaq, daha yaxşı xidmət göstərmək və hər gün bir addım daha irəli getmək deməkdir”, – məlumatda bildirilib.
Şirkət 1 mağazadan 25 mağazaya qədər genişlənməni böyük inkişaf yolu və uğur kimi qiymətləndirib.
Beləliklə, “Blue Mall”da açılan yeni satış nöqtəsi ilə “Sinsay”ın Azərbaycandakı mağaza şəbəkəsi 25 ünvana çatıb.