Azərbaycanda siqaret üçün gömrük rüsumları artırılır Bahalaşma gözlənilir

17.11.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

0:00 / 0:00x1

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tütün məmulatlarının bir sıra növlərinin idxalı üzrə gömrük tariflərinə dəyişiklik ediləcək.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, siqaret, siqar və siqarillaların müəyyən kateqoriyalarına 2030-cu ilin sonunadək 15 faizlik tarif tətbiq olunacaq, lakin rüsum hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmayacaq.

Belə ki, dəyişiklik tərkibində tütün olan siqarları, ucları kəsilmiş siqarları, siqarillaları və siqaretləri, eləcə də tütün əvəzedicilərindən hazırlanan bu məhsulların müəyyən növlərini əhatə edir.

Belə ki, müvafiq mal kodları üzrə tarif dərəcəsi sütununda mövcud olan hər 1000 ədəd üçün 0,5 ABŞ dolları məbləğindən sonra 2030-cu il dekabrın 31-dək 15 faizlik tarifin tətbiq edilməsi, lakin hər 1000 ədəd üçün məbləğin 3 ABŞ dollarından az olmaması şərti əlavə olunur.

Qərarın bu dəyişiklikləri nəzərdə tutan müddəaları sənədin dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 90 gün sonra qüvvəyə minəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью