Icma.az, Banco.az portalına istinadən məlumat verir.
“Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC-nin 24 986 ədəd adi adlı səhmi dövriyyədən çıxarılır.
Banco.az xəbər verir ki, hər bir səhmin nominal dəyəri 2 manat, dövriyyədən çıxarılan səhmlərin ümumi nominal dəyəri isə 49 972 manatdır.
Xatırladaq ki, şirkət 2000-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ramiz Əliyevdir.