Azərbaycanda SMS istifadəsində ciddi azalma qeydə alınıb

21.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanda mobil rabitə vasitəsilə göndərilən SMS-lərin sayı son illərdə əhəmiyyətli dərəcədə azalıb.

2025-ci il ərzində ölkədə ümumilikdə 80,3 milyon SMS göndərilib. Bu göstərici 2024-cü illə müqayisədə 39,2 faiz azdır.

Ötən il ölkədaxili mobil telefon danışıq trafiki isə 12 milyard 368,5 milyon dəqiqə təşkil edib. Bu, əvvəlki ilin göstəricisindən 10 faiz aşağıdır.

Son beş ilin göstəricilərinə nəzər saldıqda SMS istifadəsində daha ciddi azalma müşahidə olunur. Belə ki, bu müddət ərzində göndərilən SMS-lərin sayı 3,8 dəfə, ölkədaxili mobil telefon trafikinin həcmi isə 34 faiz azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью