Azərbaycanda ŞOK: məktəbə “Molotov kokteyli” atdılar

30.10.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Azərbaycanda məktəbə “Molotov kokteyli” atılıb.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda qeydə alıınıb.

Rayonda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью