Lent az saytına istinadən Icma.az xəbər verir.
Yevlaxda vəkil oteldə ölü tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki “Həmdəm” otelində qeydə alınıb.
Burada otaqda qalan 37 yaşlı Elkin Zakir oğlu Kərimli dərmandan zəhərlənərək ölüb. Məlumata görə, mərhum "Fortiori" vəkil bürosunun üzvü olub.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.