Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

13.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

2024-cü ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,9 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,7 % artaraq 3,8 milyard manatdan çox təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 13,7 % artaraq 208,1 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 % artaraq 156,9 milyon manata çatıb.

Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,6 % artaraq 1 milyard manatdan çox, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 % artaraq 721,3 milyon manat olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью