Azərbaycanda soyad sonluqları dəyişdirilir? Deputat AÇIQLDI | Icma.az
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İctimaiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də soyad sonluqlarında dəyişiklik edilməsidir.
Bir qisim insan xüsusən soyadlardakı “ov, yev” hissəsinin ləğvini və əvəzlənməsini tələb edirlər.
Bildirirlər ki, sözügedən sonluqlar rusmənşəlidir və milliləşdirilməyə ehtiyac var.Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, insanlar könüllü şəkildə soyadlarında dəyişiklik edə bilərlər:“Bununla bağlı heç bir məcburiyyət yoxdur.
Qanun imkan verir ki, kim özünü milli soyadında görmək istəyirsə, bunu etsin. Lakin bunun da müəyyən öhdəlikləri var.
Xüsusən sənədlərin dəyişdirilməsi baxımdan. Bəzi insanlar sənədləşmə, yaxud da başqa səbəbdən belə dəyişikliyə müsbət baxmırlar.
Amma soyadın dəyişdirilməsi ilə bağlı Azərbaycanda hər hansı kəskin qadağa yoxdur”.Deputat Razi Nurullayev isə bildirib ki, “ov”, “yev” kimi soyadların yavaş-yavaş sıradan çıxarılması məqsədəuyğun olar:“Amma insanları buna məcbur etmək olmaz.
Bununla bağlı müəyyən qaydalar təsbit olunub. Hər bir şəxs soyadını könüllü dəyişə bilir.
Tam oxu
Xəbəri oxu