Azərbaycanda soyuq hava dalğası gözlənilir Xəbərdarlıq

15.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanda yanvarın 15-i axşam, 16-da gözlənilən qısa fasilədən sonra 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, bu yanvarın 22-dək davam edəcək.

Sözügedən dövrdə hava şəraiti yenidən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.

Bakının rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью