Azərbaycanda stalklamaq cinayət sayılacaq

13.03.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda adlardan istifadə ilə bağlı hüquqi tənzimləmələr və rəsmi izahlar yenidən müzakirə mövzusuna çevrilib. Bildirilir ki, bir şəxsin adından icazəsiz istifadə olunması, onun təhrif edilməsi və ya həmin ad vasitəsilə aldadıcı fəaliyyətlərin aparılması hüquq pozuntusu kimi qiymətləndirilə bilər. Bu kimi hallar şəxsi hüquqların qorunması və vətəndaşların nüfuzunun müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Kərim Kərimov bildirib ki, Azərbaycanda şəxsin adı onun şəxsi qeyri-əmlak hüquqlarından biri hesab olunur və qanunvericilik bu hüququ qoruyur. 
"Bir şəxsin adından icazəsiz istifadə edilməsi, həmin adın təhrif olunması və ya bu ad vasitəsilə başqalarının aldadılması müəyyən hallarda hüquq pozuntusu kimi qiymətləndirilə bilər. Azərbaycan qanunvericiliyinə əsasən hər bir şəxs öz adından istifadə olunmasına nəzarət etmək hüququna malikdir. Əgər üçüncü şəxslər kiminsə adından onun razılığı olmadan istifadə edir, həmin adı saxtalaşdırır və ya bu vasitə ilə ictimaiyyəti çaşdıran fəaliyyət həyata keçirirlərsə, bu, şəxsi hüquqların pozulması hesab oluna bilər. Belə hallar xüsusilə sosial şəbəkələrdə saxta hesabların yaradılması, kiminsə adından açıqlamalar verilməsi, reklam və ya kommersiya məqsədi ilə adın icazəsiz istifadə olunması zamanı daha çox müşahidə edilir".
Vəkil bildirib ki, adın təhrif olunması və ya başqa məqsədlə istifadəsi nəticəsində şəxsin şərəf və ləyaqətinə zərər dəyərsə, bu zaman məsələ daha ciddi hüquqi məsuliyyət yarada bilər. 
"Belə vəziyyətlərdə zərərçəkən şəxs həm mülki qaydada məhkəməyə müraciət edərək həmin məlumatın təkzib olunmasını, adından istifadənin dayandırılmasını və mənəvi ziyanın ödənilməsini tələb edə bilər".
Qeyd edək ki, saxta profillər sosial şəbəkələrdə geniş yayılıb və onların bir çoxu başqasının profilini gizli şəkildə izləmək ( stalklamaq ) üçün yaradılıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью