Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 089 ədəd noutbuk, 1 030 ədəd stolüstü kompüter istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,8 % və 56,4 % azdır.
Təkcə avqustda isə 327 ədəd noutbuk (1 il əvvəl istehsal olmayıb) və 310 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 2025-ci ilin avqust ayının göstəricisindən 40,3 % çoxdur.
2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.