Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır Siyahı | Ic…
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda içməli suyun maya dəyərinin satış qiymətindən yüksək olması barədə məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, suyun maya dəyərinin satış qiymətindən yüksək olması barədə yayılan məlumatlar əhali arasında müzakirələrə səbəb olub.
Vətəndaşlar belə hesab edirlər ki, bu tipli məlumatların yayılmasından sonra su tarifləri yenidən artırılacaq.
Xatırladaq ki, 2020-ci ilin son aylarında ölkə mətbuatında (https://wap.marja.az/61470/azersu-su-ve-kanalizasiya-xidmetinin-maya-deyeri-satis-qiymetinden-2-defeye-yaxin-coxdur) bənzər məlumatlar yayılıb.
Bu məlumatların yayılmasından bir müddət sonra su tarifləri artırılıb (https://tariff.gov.az//storage/media/2464/9C87AE17-78E8-4273-9334-5BEB6318D6AB.pdf).
Məlumat üçün bildirək ki, hazırda Azərbaycan su tariflərinə görə region ölkələri arasında orta sıralarda yer alıb.
Maraqlı olacağını nəzərə alaraq region ölkələrindəki su və kanalizasiya tariflərini təqdim edirik: Qeyd edək ki, əvvəlki illərdə su tarifləri artırılan zaman diferensial tariflər tətbiq olunmayıb.
Tam oxu
Xəbəri oxu