Azərbaycanda su təchizatında fasiləsizliyin səviyyəsi 95 % ə çatdırılacaq

12.01.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, Sumqayıt, Xırdalan və 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 %-ə çatdırılması və dayanıqlığın təmin olunması nəzərdə tutulur.

Ölkə.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, bunun üçün mövcud şəbəkələrin genişləndirilməsi və tam yenilənməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью