Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Azərbaycanda ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulub.
"Marja" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, əsas məqsəd ət istehsalında özünütəminetmə səviyyəsinin 100 %-ə çatdırılmasıdır: "Eyni mənzərə qoyunçuluq üçün də nəzərdə tutulub. Qoyunçuluq istiqamətində yarımintensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində məhz ümumi məhsul istehsalının 9 % artırılması və özünütəminatın 101 %-ə çatdırılması hədəflənib.
Qeyd edim ki, quşçuluq məhsulları ilə bağlı bugünkü özünütəminetmə səviyyəsi 82 %-dir, 100 %-ə çatdırılması əsas hədəf olaraq müəyənləşdirilib. İstehsalın isə 30 % artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir".