Azərbaycanda süni mayalanmaya rəsmi qadağa yoxdur HƏKİM ŞƏRH ETDİ | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Övlad sahibi olmaq üçün anaya yumurta hüceyrə lazımdır və uşağı daşımaq üçün uşaqlıq olmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında Mama-Ginekoloq Uzman dr. Rəşad Sultan deyib.
Həkim bildirib ki, hamiləliyi daşımaq üçün qadında uşaqlıq, kişidə isə spermatozoid olmalıdır: "Kişidə əgər spermatozoid yoxdursa, donor spermasından istifadə edə bilirik.
Qadında yumurta hüceyrə yoxdursa, süni mayalanma prosesində donor yumurta hüceyrəsindən istifadə edə bilirik.
Qadının əgər uşaqlığı yoxdursa, yumurtalığı olsa belə uşaq daşıya bilməyəcək.
Uşaqlığın olmama səbəbləri: anadangəlmə qüsur olduğu halda, həyatın hər hansı bir dövründə məcburiyyətdən əməliyyat zamanı çıxarılmış ola bilər.
Bəzən uşaqlıq olur, amma daxili qat zəif olur. Bəzən uşaqlığın daxili qatı keyfiyyətsiz olur deyə, oraya yapışa bilmir.
Tam oxu
Xəbəri oxu