Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

15.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 oktyabr, AZƏRTAC

Aqrar Süni İntellekt layihəsi çərçivəsində su ehtiyatlarından səmərəli istifadə və suvarma ehtiyacının düzgün müəyyənləşdirilməsi istiqamətində də həllər tətbiq olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.

O bildirib ki, bitkinin növünü, inkişaf fazasını və iqlim məlumatlarını nəzərə alaraq gündəlik buxarlanmanı, yağıntı proqnozunu və su balansını qiymətləndirir. Onun sözlərinə görə, bu, fermerlərə suvarmanın vaxtını daha düzgün planlaşdırmağa imkan verir.

“Bununla yanaşı, ölkə və rayon səviyyəsində suvarma tələbatının proqnozlaşdırılması modeli 180-dən çox iqlim stansiyasının və torpaq nəmliyi sensorlarının məlumatları əsasında yoxlanılır. Peyk məlumatlarından istifadə etməklə hazırlanan torpaqların dinamik nəmlik xəritəsi isə əkin sahələrində su stresinin müəyyənləşdirilməsinə xidmət edir. Hazırda bu həll pambıq sahələri üzrə tətbiq olunur. Layihə çərçivəsində yaradılmış dinamik iqlim xəritəsi də 180-dən çox iqlim stansiyasından əldə olunan məlumatlar əsasında ölkə üzrə temperatur, yağıntı və digər iqlim göstəricilərini əks etdirir. Bu məlumatlar aqrar risklərin qiymətləndirilməsi və digər süni intellekt həllərinin fəaliyyətinin təmin edilməsi baxımından əhəmiyyətlidir”,- deyə o qeyd edib.

Videooperator – Ələkbər Baxşiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью