Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənov vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb. Feyruz Həsənov 1946-cı il aprelin 10-da Şamaxıda anadan olub.
1964-1969-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1969-cu ildən AMEA-nın Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayan Feyruz Həsənov Riyaziyyat və Mexanika İnstitutunda, BDU-nun Hesablama mərkəzində, Universitetin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.
1997-ci ildən Fizika fakültəsinin Riyaziyyat kafedrasında baş müəllim işləyib.
2006-cı ildən Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti idi.
Feyruz Həsənovun əsas tədqiqat sahəsi təbiət elmlərinin riyazi modellərinin diferensial və inteqral tənlikləri olub.