Icma.az, Baku.ws saytına istinadən bildirir.
Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.
Bu barədə BAKU.WS-ə AAF-ın mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.