Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.
BAKU.WS xəbər verir ki, mərhum 87 yaşında dünyasını dəyişib.
1939-cu ildə Bakıda anadan olan Əmrah Dadaşov uzun illər BDU-da elmi-pedaqoji fəaliyyət göstərib, 2006-cı ildə professor elmi adına layiq görülüb. O, paleometal dövrü üzrə apardığı tədqiqatlarla tanınır, 100-dən çox elmi məqalə, monoqrafiya və dərs vəsaitinin müəllifi olub.