Azərbaycanda tanınmış tiktoker həbs edildi Xəbər saytı Son xəbərlər və Hadisələr

26.11.2024

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

BAKU.WS xəbər verir ki, tədbirlərlə 1994-cü il təvəllüdlü, "Sako" ləqəbli Sadiq İsmayılov saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla S.İsmayılov 60 sutka inzibati qaydada həbs edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью