Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda ötən il əhalinin hər min nəfərinə düşən təbii artım, doğum və ölüm əmsalları açıqlanıb.
"Bakupost" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə əhalinin hər min nəfərinə düşən təbii artım əmsalı geriləyərək 3,6-ya enib.
Həmçinin uşaq doğumunun intensivliyini göstərən doğum əmsalı da azalıb və 9,4 təşkil edib. Ölüm əmsalında isə sabitlik qeydə alınıb. Belə ki, bu göstərici 2024-cü illə eyni - yəni 5,8 olub. Müqayisə üçün bildirək ki, 2023-cü ildə müvafiq rəqəm 5,9 həddində idi.