Azərbaycanda təcrübəçilər və əcnəbilərlə müddətli əmək müqaviləsi bağlanıla biləcək

03.12.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Müddətli əmək müqaviləsi bağlanan halların siyahısı genişləndirilir.

Ölkə.az xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Sənəddə vurğulanıb ki, təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla biləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью