Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda geniş istifadə olunan nəm və quru salfetlər bəzən göründüyü qədər zərərsiz olmaya bilər.
Lent.az-ın əməkdaşının bu istiqamətdəki geniş araşdırmasını təqdim edirik: Son illərdə sosial şəbəkələrdə, məktəb toplantılarında, redaksiyamıza edilən müraciətlərdə valideynlər və mütəxəssislər salfetlərin tərkibi və sağlamlığa təsiri barədə narahatlıqlarını bölüşürlər.
Gündəlik həyatda əlverişli hesab edilən bu məhsulların bəzi növləri dəridə allergik reaksiyalar, hətta tənəffüs problemləri yarada bilər.
Bu məqalədə çalışdıq ki, nəm və quru salfetlərdəki təhlükəli maddələr, onların sağlamlığa zərərləri, sertifikatlı təhlükəsiz markalar, Azərbaycanda satılan şübhəli salfetlərlə bağlı saxta məhsulları tanımaq yollarını sizə təqdim edək.
Nəm və quru salfetlərin tərkibindəki təhlükəli maddələr Həm nəm, həm də quru salfetlərin tərkibində müxtəlif kimyəvi maddələr ola bilər.
Nəm salfetlərdə uzun müddət saxlanmasını və mikroblardan qorunmasını təmin etmək üçün bir sıra konservantlar və kimyəvi qatqılar istifadə olunur.
Bu maddələrdən bəziləri belədir: Parabenlər: Geniş istifadə olunan qoruyucu maddələrdir.