Azərbaycanda təhlükəli virus yayılıb? RƏSMİ CAVAB

29.07.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi, Azərbaycanın cənub bölgəsində ev quşlarının, xüsusilə də toyuqların kütləvi şəkildə tələf olması ilə bağlı narahatedici məlumatlar yayılır. Lənkəran və Cəlilabad rayonlarının bir sıra kəndlərindən daxil olan məlumatlara görə, son günlər fərdi təsərrüfatlarda quşlar naməlum səbəbdən qısa müddət ərzində ölür.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Məlumat üçün bildiririk ki, son günlər ərzində Lənkəran və Cəlilabad rayonları üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə və müvafiq regional bölmələrinə ev quşlarının tələf olması ilə bağlı hər hansı rəsmi müraciət və ya məlumat daxil olmayıb.

Mediada yayılan məlumatlar əsasında Agentliyin əməkdaşları tərəfindən Lənkəran rayonunda bir ailə təsərrüfatında ev quşlarının tələf olması faktı ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı təsərrüfatdan müvafiq nümunələr götürülərək laboratoriyaya göndərilib, eyni zamanda, xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə ərazidə zəruri baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya işləri həyata keçirilib.

Hazırda götürülmüş nümunələr üzrə laborator müayinələr davam etdirilir. Müayinələrin nəticələrindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək". /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью