Bizim media saytına istinadən Icma.az xəbər verir.
2025/2026-cı tədris ilinin əvvəlinə Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsil alan əcnəbi tələbələrin sayı 7 716 nəfər təşkil edib.
Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onların 1 306 nəfəri MDB ölkələrinin, 6 410 nəfəri isə digər xarici ölkələrin vətəndaşlarıdır.
Ötən tədris ili ilə müqayisədə Azərbaycanda təhsil alan əcnəbilərin sayında artım qeydə alınıb. Belə ki, 2024/2025-ci tədris ilində bu göstərici 7 472 nəfər olub.
Azərbaycanda ən çox tələbəsi olan ölkələrin ilk onluğu isə belədir:
Türkiyə – 3 494 nəfər
Rusiya – 943 nəfər
Gürcüstan – 872 nəfər
İran – 733 nəfər
Pakistan – 295 nəfər
Hindistan – 247 nəfər
Suriya – 114 nəfər
Çin – 101 nəfər
Qazaxıstan – 97 nəfər
Ukrayna – 69 nəfər.
Qeyd edək ki, ilk onluqdan sonra tələbə sayına görə Tacikistan (62 nəfər), Türkmənistan (54 nəfər), Nigeriya (53 nəfər) və Sudan (50 nəfər) fərqlənir.
Bizim.Media