Azərbaycanda təhsil almaq üçün 20 nəfərə xüsusi imkan yaradıldı

26.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

2026–2027-ci tədris ilində 20 Ruanda vətəndaşı dövlətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycanda ali təhsil alacaq.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan və Ruanda arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən, 20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil almaq hüququ qazanıb.

Proqram iştirakçıları bakalavriat səviyyəsi üzrə üç ali təhsil müəssisəsində – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alacaqlar. İnternet mağaza

Təhsil proqramları texniki və texnoloji, eləcə də əsas (baza ali) tibb ixtisas qruplarını əhatə edir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью