Azərbaycanda tələbə təqaüdləri də ARTIRILACAQ | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Azərbaycanda pensiyaların artırılmasından sonra bir sıra təqaüdlərin və müavinətlərin
Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinə sözügedən məsələ ilə bağlı tapşırıq verib.
Modern.az-ın məlumatına görə, tələbələrə verilən təqaüdlərin də artırılması gündəmdədir.
Məsələ ilə bağlı saytımıza açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2024-cü ildə imzalanmış sərəncama əsasən müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.
“Nazirlər Kabineti sənəd imzalandığı gündən 3 ay müddətində bu istiqamətdə təkliflərini və maliyyə qiymətləndirməsini dövlət başçısına təqdim etməlidir.
Bu o deməkdir ki, martın 2-ci yarısında Nazirlər Kabineti tərəfindən bütövlükdə müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ölkə rəhbərinə təqdim ediləcəyi gözlənilir.
Nəzərə alsaq ki, cənab Prezident tərəfindən tapşırıq verilib, bu o deməkdir ki, Nazirlər Kabineti tərəfindən də bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir.
Bu isə o deməkdir ki, sosial paketin növbəti istiqaməti olaraq müavinət və təqaüdlərdə artımları müşahidə edəcəyik.
Tam oxu
Xəbəri oxu