Azərbaycanda tələbə vəfat etdi

15.11.2024

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda tələbə vəfat edib.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.

Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin III kurs tələbəsi Nərmin Kamal qızı Hüseynova vəfat edib.

Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью