Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ADA Universitetinin tələbələri arasında maaş gözləntiləri ilə bağlı sorğu keçirilib.
Ölkə.Az xəbər verir ki, tələbələrin səsləndirdiyi rəqəmlər təəccüblə qarşılanıb. Sorğuda iştirak edən ictimai münasibətlər fakültəsinin tələbəsi 6000+, İT proqramçı 2000 manat, elektronika mühəndisliyi üzrə 5000-7000, hüquq tələbələri 8000 - 15 300 manat, kənd təsərrüfatı fakültəsinin tələbəsi 5000-7000, riyaziyyat üzrə təhsil alan gənc isə 3000 manat maaş gözləntisi olduğunu deyib.
Bir çox sosial şəbəkə istifadəçisi tələbələrin səsləndirdikləri rəqəmlərin Azərbaycan reallığına uyğun olmadığını bildirilib.
Billurə