Azərbaycanda televiziya proqramlarının janr üzrə statistikası

21.04.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

"Unikal" xəbər verir ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında cari ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

22,9% - informasiya və analitik proqramlar 15,7% - idman proqramları 15,7% - musiqi və əyləncəli proqramlar 14,1% - bədii filmlər və seriallar 11,3% - reklam məzmunlu materiallar   8,6% - mədəni-maarif janrında proqramlar   3,7% - anonslar, elanlar   2,9% - sənədli film və materiallar   2,9% - sosial proqramlar   1,2% - sosial çarxlar   1,0% - uşaq proqramları və cizgi filmləri

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью