Azərbaycanda tibb bacısı intihar etdi

10.07.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə intihar olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində baş verib. Sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S.Cəfərova yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının hansı səbəbdən intihar etməsi məlum deyil. Məlumata görə, S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyirmiş.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью