Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vətəndaşlara çağırış: “Ölüm halında autopsiyadan imtina etməyin, hər şeyi çəkilişə alın”“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərlinin “Liv Bona Dea” klinikasından narazılığına adıçəkilən tibb müəssisəsinin cavabında bir çox izahlarla yanaşı qeyd olunur ki, “imicimizə zərər vurmağa yönəlmiş qeyri etik yanaşmaların heç birini qəbul etməməklə bərabər iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”.
Tərəflərin sonrakı addımları necə olacaq, hələ ki məlum deyil.
Hüquqşünas Fərhad Mehdiyev isə məsələyə hüquqi müstəvidən yanaşaraq bunları qeyd edib: - Azərbaycan xəstəxanalarında tibbi səhlənkarlığı sənədləşdirmək və sübut toplamaq olduqca çətindir.
Əgər həkim səhvi çox açıqdırsa, məsələn sağ ayaq yerinə sol ayağı kəsibsə, bunu etmək bəlkə də mümkündür.
Amma deyək ki qan durulducu vurulmadığına görə xəstədə tromblaşma meydana gələrək o vəfat edərsə, bu problemin məhkəmə müstəvisində çıxarılmasında çətinliklər var, və bunlar da sistematikdir.Əvvəlcə onu qeyd edək ki, xəstəlik tarixçəsi günlük və elektron hökümət sisteminə vurulmadığı və həmin resursda da hər kəsə açıq olmadığı müddətcə, onu post-faktum dəyişdirmək və saxtalaşdırmaq çətin deyil.
Vəkil sorğusuna xəstəlik tarixçəsini vermirlər, yubadırlar. Həmin müddət ərzində də ora hansı müdaxilələr olur, bilmək çətindir.
Tibbi Ekspertiza məsələsində ciddi çətinliklər yaşayırıq. Ekspertlərə xəstəlik tarixçəsindən başqa tərəflər fakt təqdim edə bilmir, mübahisə