Azərbaycanda tibbi sığorta yığımları azalıb

07.10.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar illik 8,5% və ya 398,3 milyon manat artaraq 5 milyard 59,7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə yığımlar 9,3% artaraq 3 milyard 401,6 milyon manata yüksəlib.

Banco.az  Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,1% artaraq 179,9 milyon manat təşkil edib. Bunun 139,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb ki, bu da illik 10,6% artım deməkdir.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 6,8% və ya 55,5 milyon manat azalaraq 758,8 milyon manata enib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1% azalaraq 507 milyon manat olub. Buna baxmayaraq, ümumi tibbi sığorta yığımları proqnozu 18 milyon manat üstələyib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью