Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 79,3 faizini inşa, yenidənqurma və bərpa, 9,3 faizini əsaslı təmir, 7,4 faizini cari təmir, 4 faizini isə sair tikinti işləri təşkil edib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, ümumi inşaat işlərinin 87,8 faizini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirib.