Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsi "2026-cı ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı" başlıqlı xəbər yayıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115930,5 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb.
ÜDM istehsalının 35,0 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 20,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDMin 9,8 faizini təşkil edib.
Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər real ifadədə 10,2 faiz, informasiya və rabitə sahələrində 9,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, digər xidmət sahələrində 1,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,4 faiz, sənayedə 0,4 faiz artıb, tikintidə isə 6,8 faiz azalıb.