Azərbaycanda tolerantlıq və multikulturalizm Etnik zənginlik və harmoniyada uğur | Icma.az
Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İnsanların təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşaması ona görə hər zaman prioritet məsələ hesab olunub ki, bəşəriyyət üçün ən dəyərli sayılan insandır və insan həyatıdır.
Məhz bu təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsi də ilk növbədə dini, müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində yaşamasından bilavasitə asılıdır, hansı ki, həmin şərait fərqli mədəniyyətlərin dialoqundan asılı hesab olunur.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bu ölkənin ərazisində hələ lap qədim zamanlardan bu günə qədər müxtəlif mədəniyyətlərin nümayəndələrinin, fərqli dini inanclara mənsub insanların yaşaması təəccüb doğurmur.
Çünki Azərbaycan fərdli dinlərin və mədəniyyətlərin qovşağında yerləşdiyi üçün bu məqam anlaşılandır.
Amma həmin o fərqli inanclara, mədəniyyətlərə, tarixi köklərə malik insanların, müxtəlif etnosların və millətlərin nümayəndələrinin ölkəmizin ərazisində məskunlaşaraq, əsrlər boyu dinc və yanaşı yaşaması, təhlükəsizlik, əmin-amanlıq şəraitində, dostluq şəraitində ömür sürdüyü barədə xronoloji məlumatlar ölkəmizin tarixən tolerant ölkə olduğunu, multikultural dövlət olduğunu təsdiq edir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, çoxkonfessiyalı, çoxmillətli bir cəmiyyətə sahib olmağımız bizim böyük sərvətimizdir və biz bununla fəxr edirik: "Azərbaycan tarixən çoxmillətli və çoxkonfesiyalı ölkə olduğundan burada dinlərarası, millətlərarası əlaqələrdə dünyaya nümunə ola biləcək özünəməxsus formada tolerantlıq və multikultural münasibətlər sistemi formalaşdırıb.
İctimai-siyasi quruluşundan dinindən, dilindən, etnik mənsubiyyətindən aslı olmayaraq Azərbaycanda yaşayan hər bir insan heç bir təqibə məruz qalmadığından özünü bu cəmiyyətin bərabərhüquqlu vətəndaşı hesab edib.
Tam oxu
Xəbəri oxu