Azərbaycanda torpaq bahalaşdı Qiymət bu həddə qalxıb

04.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilində qeyd olunub.

Oktyabrda torpaq sahələrinin median təklif qiyməti 16 250 manat/sot, AQP indeksi isə 121,9 təşkil edib. Sentyabrla müqayisədə indeks 2,2% yüksəlib. Aprel 2026-cı ilin baza dövrü ilə müqayisədə qiymət səviyyəsi 21,9% artıb.

Palata torpaq sahələrinin qiymətləndirilməsində yerləşmə, təyinat, kommunal və nəqliyyat infrastrukturu, sahənin ölçüsü və sənədləşmə vəziyyətinin əsas amillər olduğunu diqqətə çatdırır. Bu səbəbdən ümumi indeksdəki artımın ayrı-ayrı torpaq sahələrinin bazar dəyərinə birbaşa tətbiqi düzgün hesab edilmir.

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью