Azərbaycanda toxuculuq sənayesi 50% böyüyüb

13.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsinden Ölkə.az-a verilən xəbərə görə, emal sənayesində 2026-cı ilin yanvar-oktyabr aylarında 18.995,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində 2026-cı ilin yanvar-oktyabr aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+77,2%), toxuculuq sənayesi (+50,9%), əczaçılıq məhsullarının istehsalı (+47,4%), tütün məmulatlarının istehsalı (+15,1%), kağız və karton istehsalı (+14,6%), elektrik avadanlıqlarının istehsalı (+9,2%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+6,6%), metallurgiya sənayesi (+6,4%), qida məhsullarının istehsalı (+5,4%), tikinti materiallarının istehsalı (+4,5%) sahələrində olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью