Azərbaycanda toy yasa QARIŞDI

04.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Toyda ölüm hadisəsi baş verib.

News24.az Titul.az-a istinadla xəbər verir ki, hadisə Şəkidə baş verib.

Rayonun tanınmış həkimlərindən olan Leyla Şıxəliyeva bacısı qızının xoş günündə dünyasın dəyişib.

O, toyda xeyir-dua verdikdən sonra rəqs etmək istəyərkən yerə yıxılıb. Təcili yardım gələnə kimi isə o artıq dünyasın dəyişib.

Beləcə, toy yasa qarışıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью