Azərbaycanda toyuqların sayı azalsa da, daha çox yumurtlayıblar | Icma.az
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 438 min 784 baş olub.
Qeyd edək ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalıb.
İribuynuzlu mal-qaranın 1 milyon 217 min 982-si inək və camışlar olub və onların da sayı son bir ildə 1,4 faiz azalıb.
Qoyun və keçilərin sayı isə 6 milyon 763 min 682 baş təşkil edib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz az olub.
Donuzların sayı isə 3 min 167 baş olub və əvvəlki ilə nisbətən 18,4 faiz aşağı düşüb.
Heyvandarlıq məhsullarının istehsalına gəldikdə, hesabat dövründə diri çəkidə ət istehsalı 434 min 280 ton olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıb.
Tam oxu
Xəbəri oxu