Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd göstərildiyi barədə yayılan iddialara münasibət bildirib.
"Bakupost" xəbər verir ki, mərkəzin sosial şəbəkə hesablarında yayımlanan açıqlamada görüntülərin köhnə tarixə aid olduğu vurğulanıb.
"Bəzi media orqanlarında və sosial şəbəkə hesablarında yer alan "Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd" barədə iddialar dezinformasiya xarakteri daşıyır. Sözügedən görüntülər köhnə tarixə aiddir.
Görüntülərin çəkildiyi dövrdə bayrağımıza qarşı xoşagəlməz hərəkət etməyə çalışan təxribatçıya ilk və ən sərt reaksiyanı məhz azərbaycanlı qardaşlarımız veriblər. Türkiyə bayrağının endirilməsi kimi bir hadisə baş verməyib", - deyə açıqlamada bildirilib.