Azərbaycanda üçmərtəbəli binada yanğın bina sakinlərini təxliyə etdilər

22.12.2024

Icma.az bildirir, Manset portalına istinadən.

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью