Azərbaycanda ÜDM 4,9 faiz artıb AZƏRTAC

16.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında ölkədə 103 milyard 495,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

AZƏRTAC Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artıb.

ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 10146,5 manata bərabər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью