Azərbaycanda ÜDM istehsalı dəyişməz qalıb

10.06.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Bu ilin yanvar-may aylarında ölkədə 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.
Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1% azalıb, qeyri neft-qaz sektorunda isə 0,4% artıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-aprel aylarında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% artıb, yanvar-mart aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3% azalıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью