Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsi müzakirə edilib

16.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ukrayna səfiri Yuri Qusev Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Moderator.az xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Emin Əmrullayevlə məhsuldar görüş keçirildi. 2025-ci ildə təhsil sahəsində əməkdaşlıq və 2026-cı il üçün prioritetlər, o cümlədən diplomların tanınması, ikili diplom proqramları və Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsini müzakirə etdik", - diplomat yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью