Azərbaycanda un bahalaşdı QİYMƏTLƏR

18.03.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.8-28.2 manat ətrafında dəyişib. Daha əvvəl bu rəqəm 26-28.20 manat təşkil edirdi.
Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,8 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью