Azərbaycanda unu ən baha və ən ucuz qiymətə hansı şirkətlər satır? Siyahı

10.03.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, hazırda topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 26,80 – 28,20 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 24 şirkət və iki fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Bu ayın əvvəlinə (3 mart) olan məlumata görə, unu ən baha satan şirkətlər aşağıdakılar olub:
“Azeri-Arapoğlu U.S. və T.LTD” BM – 28,20 manat;
“Nural” MMC – 28 manat;
“NEON” Firması – 27,85 manat;
“Gəncə Dəyirman” MMC – 27,60 manat;
F/ş Mirzəyev İskəndər Yusubəli – 27,50 manat;
“Karat Holdinq” MMC – 27,40 manat;
“Aveta” MMC – 27,40 manat;
“Anadoluqida” MMC – 27,40 manat;
“ATS MİLL” MMC (“ABŞERON TAXIL” MMC) – 27,35 manat.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə satan şirkətlər isə aşağıdakı kimi olub:
“Dəvəçi-Dəyirman” MMC – 26,80 manat;
“Dəvəçi-Taxıl” MMC – 26,80 manat.
Digər şirkətlər isə  50 kiloqramlıq un kisəsini 27,30 manatdan alıcılara təklif edirlər.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью