Azərbaycanda uşağa görə verilən müavinətlər SİYAHI

14.05.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda uşaqların sosial müdafiəsini gücləndirmək, onların sağlam inkişafını təmin etmək və ailələrə maddi dəstək göstərmək məqsədilə müxtəlif növ sosial müavinətlər təyin olunur. Bu müavinətlər uşağın sağlamlıq vəziyyəti, ailə vəziyyəti, valideynlərin sosial statusu və digər meyarlara əsasən müəyyən edilir.

Ölkə.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Operativ Media-ya hazırda qüvvədə olan və dövlət tərəfindən verilən əsas müavinətlərin siyahısı və müvafiq məbləğləri barədə məlumat verib:

1. Əlilliyə görə müavinət

Uşağın əlillik dərəcəsinə əsasən aylıq ödənilən müavinətlər:

Orqanizmin funksiyalarının 31–60% pozulmasına görə – 150 manat

Orqanizmin funksiyalarının 61–80% pozulmasına görə – 220 manat

Orqanizmin funksiyalarının 81–100% pozulmasına görə – 270 manat

2. Ailə başçısını itirməyə görə müavinət

Aylıq ödəniş – 120 manat

3. 3 yaşınadək uşağa qulluğa görə müavinət

1,5 yaşadək – 44 manat

1,5 yaşdan 3 yaşadək – 28 manat

4. Uşağın anadan olmasına görə birdəfəlik müavinət

500 manat

5. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün müavinət

Aylıq məbləğ – 120 manat

6. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət

Aylıq məbləğ – 120 manat

7. Aztəminatlı ailələrə 1 yaşınadək uşaq üçün müavinət

Aylıq məbləğ – 100 manat

8. Beş və daha çox uşağı olan qadınlara müavinət

Hər bir uşaq üçün aylıq – 105 manat

9. Himayədar ailəyə verilmiş uşağın tərbiyəsinə görə müavinət

Bu müavinət himayədar ailə ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan müqavilə əsasında verilir. Yaş qruplarına görə aylıq məbləğlər aşağıdakı kimidir:

0–6 yaş: 355 manat

7–13 yaş: 375 manat

14–18 yaş: 395 manat

Əgər uşaq 18 yaşadək əlilliyi olan şəxsdirsə, müavinət məbləği artırılır:

0–6 yaş: 395 manat

7–13 yaş: 415 manat

14–18 yaş: 435 manat

Bundan əlavə, himayədar ailələrə ildə dörd dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) 200 manat məbləğində mövsümi geyim pulu da verilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью